Azərbaycan daha bir ölkəyə yaşıl çay satmağa başlayıb

Biznes
  • 06 aprel, 2023
  • 06:19
Azərbaycan daha bir ölkəyə yaşıl çay satmağa başlayıb

Bu ilin yanvarında Azərbaycana xaricdən 76,42 min ABŞ dolları dəyərində 6,33 ton yaşıl çay gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 55 % azdır.

Birləşmiş Ərəb Əmirliklərindən 24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,8 dəfə çoxdur) 1,97 ton (+2,5 dəfə), Türkiyədən 15,23 min ABŞ dolları dəyərində (+35,4 %) 0,47 ton (-8 %), İrandan 12,3 min ABŞ dolları dəyərində 2,1 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 10,6 min ABŞ dolları dəyərində (-58 %) 1,37 ton (-40 %), Polşadan 10,2 min ABŞ dolları dəyərində (+13,2 dəfə) 0,3 ton (+7,5 dəfə) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 59,12 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 8,93 ton (+4,8 dəfə) yaşıl çay ixrac edib.

Ukraynaya 37,54 min ABŞ dolları dəyərində (+6 dəfə) 6,88 ton (+6,3 dəfə), Moldovaya 7,82 min ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb), Çinə 6,7 min ABŞ dolları dəyərində 0,01 ton, Özbəkistana 3,36 min ABŞ dolları dəyərində 0,52 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 2,23 min ABŞ dolları dəyərində 0,17 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çinə tədarük həyata keçirilib.