Azərbaycan daha bir ölkəyə sürtkü yağları satmağa başlayıb
- 18 aprel, 2023
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 9,2 milyon ABŞ dolları dəyərində 8 min 677 ton sürtkü yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Gürcüstana 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 106 dəfə çoxdur) 3 min 380 ton (+169 dəfə), Türkiyəyə 1,5 milyon ABŞ dolları dəyərində (-42 %) 1 min 318 ton (-48 %), Ukraynaya 1,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 1 min 207 ton (+3,8 dəfə), İraqa 1 milyon ABŞ dolları dəyərində (+78 %) 747 ton (+2 dəfə), Rusiyaya 581,1 min ABŞ dolları dəyərində 159,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyaya (163,7 min ABŞ dolları dəyərində 146,2 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 25,7 milyon ABŞ dolları dəyərində (+53 %) 18 min 357 ton (+97 %) sürtkü yağı idxal edilib.
Rusiyadan 10,5 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 13 min 800 ton (+4,7 dəfə), Türkiyədən 4,8 milyon ABŞ dolları dəyərində (+23 %) 1 min 614 ton (+4,3 %), Almaniyadan 4,5 milyon ABŞ dolları dəyərində (+35,1 %) 1 min ton (+11,6 %), Belçikadan 1 milyon ABŞ dolları dəyərində (+31 %) 251 ton (+5,5 %), Birləşmiş Ərəb Əmirliklərindən 641 min ABŞ dolları dəyərində (+62 %) 265 ton (+53 %) məhsul gətirilib.