Azərbaycan daha bir ölkəyə soğan ixrac etməyə başlayıb

Biznes
  • 22 avqust, 2022
  • 06:27
Azərbaycan daha bir ölkəyə soğan ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 1,15 milyon ABŞ dolları dəyərində 2 min 839 ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56,2 %, kəmiyyət olaraq – 57 % azdır.

Rusiyaya 1,05 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 57,2 % azalıb) 2 min 414 ton (-58 %), Belarusa 37,2 min ABŞ dolları dəyərində 148,8 ton, Gürcüstana 5 min ABŞ dolları dəyərində (+6,9 dəfə) 26,3 ton (+6,5 dəfə), Litvaya 14,1 min ABŞ dolları dəyərində 64,8 ton, Ukraynaya 4,4 min ABŞ dolları dəyərində (-97 %) 21,95 ton (-97,1 %) və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,8 min ABŞ dolları dəyərində 18,8 ton məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya tədarük həyata keçirilib. İki il 7 aylıq fasilənin ardından Belarusa, 1 il 2 aylıq aradan sonra BƏƏ-yə ixrac bərpa edilib.

44 - Tezliklə