Azərbaycan daha bir ölkəyə siqaret ixracına başlayıb

Biznes
  • 15 sentyabr, 2022
  • 11:35
Azərbaycan daha bir ölkəyə siqaret ixracına başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 1,467 milyon ABŞ dolları dəyərində 79,03 milyon ədəd siqaret (tərkibində tütün olan) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86,7 %, kəmiyyət olaraq – 84 % azdır.

Ukraynadan 955,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 90,3 % azdır) 45,11 milyon ədəd (-88,4 %) və Rusiyadan 511,98 min ABŞ dolları dəyərində (-56,6 %) 33,92 milyon ədəd (-67,3 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 773,91 min ABŞ dolları dəyərində 107,55 milyon ədəd siqaret ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərindən müvafiq olaraq 16 % çoxdur və 6 % azdır.

Türkmənistana 136,75 min ABŞ dolları dəyərində 11,5 milyon ədəd, Omana 297,88 min ABŞ dolları dəyərində 53,91 milyon ədəd, Gürcüstana 254,13 min ABŞ dolları dəyərində 27,69 milyon ədəd və Çinə 85,14 min ABŞ dolları dəyərində 14,45 milyon ədəd məhsul satılıb.

Üç il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 1 ayın tamamında Türkmənistana tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çinə ixrac həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti