Azərbaycan daha bir ölkəyə qarğıdalı yağı satmağa başlayıb
- 02 avqust, 2022
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 11,871 milyon ABŞ dolları dəyərində 7 min 173 ton qarğıdalı yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 10,7 % çoxdur.
Argentinadan 5,404 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 7,6 % azalıb) 3 min 483 ton (-12,6 %), Türkiyədən 5,107 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 3 min 089 ton (+5,7 dəfə), Rusiyadan 1,312 milyon ABŞ dolları dəyərində (-18 %) 581,21 ton (-30 %), İtaliyadan 43,49 min ABŞ dolları dəyərində (-85 %) 18,68 ton (-84 %) və Almaniyadan 3,69 min ABŞ dolları dəyərində (-35,8 %) 0,8 ton (-35 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 486,11 min ABŞ dolları dəyərində 198,73 ton qarğıdalı yağı ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 17 % və 40,2 % azdır.
Gürcüstana 450,78 min ABŞ dolları dəyərində (-20,5 %) 183,14 ton (-43 %), Pakistana 27,25 min ABŞ dolları dəyərində 12,23 ton, Qazaxıstana 7,07 min ABŞ dolları dəyərində (-22,8 %) 2,92 ton (-44 %) və Belarusa 1 min ABŞ dolları dəyərində (-17,4 %) 0,44 ton (-37,1 %) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistana tədarük həyata keçirilib.