Azərbaycan daha bir ölkəyə peçenye satmağa başlayıb

Biznes
  • 07 sentyabr, 2022
  • 13:31
Azərbaycan daha bir ölkəyə peçenye satmağa başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 15,297 milyon ABŞ dolları dəyərində 8 min 103 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,1 %, kəmiyyət olaraq – 22,3 % çoxdur.

Türkiyədən 6,114 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 52,2 % artıb) 2 min 217 ton (+34,1 %), Rusiyadan 4,063 milyon ABŞ dolları dəyərində (+18 %) 1 min 833 ton (+6,5 %), İrandan 2,68 milyon ABŞ dolları dəyərində (+87,4 %) 3 min 308 ton (+87,7 %), Qazaxıstandan 712,28 min ABŞ dolları dəyərində (-40,6 %) 233,33 ton (-44,8 %), Ukraynadan 710,69 min ABŞ dolları dəyərində (-59 %) 271,18 ton (-68 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 383,48 min ABŞ dolları dəyərində 258,55 ton peçenye ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,5 dəfə və 2,7 dəfə çoxdur.

Gürcüstana 120,36 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,2 dəfə artıb) 108,75 ton (+2,6 dəfə), Qazaxıstana 84,4 min ABŞ dolları dəyərində 25,66 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 34,26 min ABŞ dolları dəyərində 16,5 ton, İraqa 26,82 min ABŞ dolları dəyərində 21,69 ton, Ukraynaya 26,45 min ABŞ dolları dəyərində 22,69 ton (tədarük olmayıb) məhsul satılıb.

Bir il 8 aylıq fasilənin ardından İraqa, 1 illik aradan sonra Türkiyəyə tədarük bərpa edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib. Həmin ölkəyə 25,82 min ABŞ dolları dəyərində 13,76 ton peçenye ixrac edilib.

44 - Tezliklə