Azərbaycan daha bir ölkəyə pambıq yağı tədarük etməyə başlayıb
- 17 may, 2022
- 06:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk üç ayı ərzində Azərbaycandan xaricə 1,38 milyon ABŞ dolları dəyərində 1 min 097 ton pambıq yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36,7 %, kəmiyyət olaraq – 57,7 % azdır.
Türkiyəyə 867,75 min ABŞ dolları dəyərində 715 ton, Tacikistana 398,38 min ABŞ dolları dəyərində 307,1 ton, Qırğızıstana 83,68 min ABŞ dolları dəyərində 54,2 ton, Suriyaya 26,81 min ABŞ dolları dəyərində 20,7 ton məhsul satılıb.
Ötən ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 34,2 % və 53,9 % azalıb, Tacikistana – 50,9 % və 69 % azalıb, Qırğızıstana – 71,4 % artıb və 1,5 % azalıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük həyata keçirilib.
Qeyd edək ki, ötən il xaricə (3) satdığımız 5 min 164 ton pambıq yağının 65 %-i Tacikistana tədarük olunub.