Azərbaycan daha bir ölkəyə mebel satmağa başlayıb
- 06 fevral, 2023
- 05:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 3,372 milyon ABŞ dolları dəyərində 30 min ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 885,46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 15 min 630 ədəd (+97 %), Litvaya 828,41 min ABŞ dolları dəyərində (+9,4 %) 1 min 767 ədəd (+20,4 %), Gürcüstana 777,16 min ABŞ dolları dəyərində (+9,6 dəfə) 6 min ədəd (+4,1 dəfə), Qazaxıstana 660,47 min ABŞ dolları dəyərində (+63 %) 823 ədəd (+55 %), Polşaya 180,4 min ABŞ dolları dəyərində (-23 %) 381 ədəd (-18 %) məhsul göndərilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qanaya tədarük həyata keçirilib. Həmin ölkə Azərbaycandan 1,42 min ABŞ dolları dəyərində 1 ədəd mebel alıb.