Azərbaycan daha bir ölkəyə makaron ixrac etməyə başlayıb
- 18 iyul, 2024
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 2 min 625 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 713 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 189 ton (+2,3 dəfə), İraqa 526 min ABŞ dolları dəyərində (+20 %) 1 min 221 ton (+34 %), Səudiyyə Ərəbistanına 85 min ABŞ dolları dəyərində 125 ton (bir il əvvəl tədarük olmayıb), Kanadaya 31,6 min ABŞ dolları dəyərində (+2 dəfə) 43 ton (+2,2 dəfə), İsrailə 16,4 min ABŞ dolları dəyərində 24,5 ton məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsrailə tədarük həyata keçirilib.