Azərbaycan daha bir ölkəyə gil ixrac etməyə başlayıb
- 11 mart, 2023
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 13,32 milyon ABŞ dolları dəyərində 166 min 416 ton gil (bentonit) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 37 % çoxdur, kəmiyyət olaraq – 1,6 % azdır.
Rusiyaya 9,89 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 141 min 538 ton (-5 %), Yaponiyaya 1,68 milyon ABŞ dolları dəyərində 6 min 638 ton, Belarusa 933 min ABŞ dolları dəyərində (+73 %) 5 min 213 ton (+68 %), Polşaya 649 min ABŞ dolları dəyərində (-4,3 %) 9 min 906 ton (-34 %), İndoneziyaya 116 min ABŞ dolları dəyərində (+8,4 %) 1 min 975 ton (+11,3 %) məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə (9 min ABŞ dolları dəyərində 138 ton) ixrac həyata keçirilib. Üç il 1 aylıq fasilənin ardından Yaponiyaya tədarük bərpa edilib.