Azərbaycan daha bir ölkəyə bal satmağa başlayıb

Biznes
  • 14 fevral, 2025
  • 11:33
Azərbaycan daha bir ölkəyə bal satmağa başlayıb

Ötən il Azərbaycandan xarici ölkələrə 81,83 min ABŞ dolları dəyərində 3,69 ton təbii bal göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 1,6 %, kəmiyyət olaraq – 1,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 57,21 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 dəfə çoxdur) 2,71 ton (+54 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 22 min ABŞ dolları dəyərində (-8 %) 0,76 ton (-3 %), Rusiyaya 1,5 min ABŞ dolları dəyərində 0,02 ton (2 il 11 aydan sonra ixrac bərpa edilib), Qətərə 0,93 min ABŞ dolları dəyərində (-94 %) 0,19 ton (-69 %), Özbəkistana 0,14 min ABŞ dolları dəyərində 0,01 ton bal satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.