Azərbaycan daha bir ölkəyə akkumulyator tədarük etməyə başlayıb

Biznes
  • 31 oktyabr, 2023
  • 05:53
Azərbaycan daha bir ölkəyə akkumulyator tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 23 milyon ABŞ dolları dəyərində 1 milyon 736 min 722 ədəd akkumulyator idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Azərbaycan Çindən 6,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 1 milyon 415 min 401 ədəd (+76 %), Türkiyədən 4,3 milyon ABŞ dolları dəyərində (+5 %) 94 min 311 ədəd (-4 %), Qazaxıstandan 3 milyon ABŞ dolları dəyərində (+22 %) 81 min 807 ədəd (+8,7 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+18 %) 39 min 194 ədəd (+16 %), Belarusdan 1,3 milyon ABŞ dolları dəyərində (+36 %) 32 min 263 ədəd (+37 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 186 min ABŞ dolları dəyərində (+48 %) 1 min 696 ədəd (+10 dəfə) akkumulyator ixrac edilib.

Azərbaycan Türkiyəyə 150 min ABŞ dolları dəyərində 1 min 582 ədəd (2 il 7 aydan sonra tədarük bərpa edilib), Gürcüstana 23,1 min ABŞ dolları dəyərində 13 ədəd (2 ildən sonra tədarük bərpa edilib), Amerika Birləşmiş Ştatlarına 4,1 min ABŞ dolları dəyərində (+76 %) 13 ədəd (+18 %), Qazaxıstana 2,9 min ABŞ dolları dəyərində (-36 %) 3 ədəd (-62 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 2,3 min ABŞ dolları dəyərində (-35 %) 58 ədəd (-35 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kot-d-İvuara (1 min ABŞ dolları dəyərində 8 ədəd) tədarük həyata keçirilib.