Azərbaycan daha bir ölkədən xam şəkər idxal etməyə başlayıb

Biznes
  • 19 dekabr, 2023
  • 06:11
Azərbaycan daha bir ölkədən xam şəkər idxal etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 155,3 milyon ABŞ dolları dəyərində 244 min 562 ton xam şəkər idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 155,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 244 min 524 ton (+20 %), Kolumbiyadan 56,71 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 31,1 ton (+93 %), Mavrikiyadan 12,71 min ABŞ dolları dəyərində (+89 %) 4,71 ton (+6,3 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,78 min ABŞ dolları dəyərində (+45 %) 0,51 ton (+42 %), Belizdən 1,65 min ABŞ dolları dəyərində 0,86 ton məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belizdən tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 322 min 294 ton xam şəkərin 84,7 %-i Braziliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti