Azərbaycan daha bir ölkədən vafli tədarük etməyə başlayıb

Biznes
  • 10 avqust, 2022
  • 10:59
Azərbaycan daha bir ölkədən vafli tədarük etməyə başlayıb

Bu ilin ilk 5 ayında Azərbaycandan xaricə 897,37 min ABŞ dolları dəyərində 438,83 ton vafli və vafli həbləri göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Yəmənə 395,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 167,18 ton (+72 %), Gürcüstana 269,73 min ABŞ dolları dəyərində (+3,5 %) 168,98 ton (-14 %), İraqa 165,74 min ABŞ dolları dəyərində 64,19 ton, İrana 20,05 min ABŞ dolları dəyərində (+43 %) 9,79 ton (+30 %), Moldovaya 18,41 min ABŞ dolları dəyərində 8,8 ton məhsul satılıb.

Bir illik fasilənin ardından İraqa ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib.

Hesabat dövründə xaricdən 4,433 milyon ABŞ dolları dəyərində 1 min 719 ton vafli və vafli həbləri alınıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 0,2 % çoxdur və 6,5 % azdır.

Rusiyadan 2,23 milyon ABŞ dolları dəyərində (+10,7 %) 1 min 054 ton (+0,6 %), Türkiyədən 1,414 milyon ABŞ dolları dəyərində (+16,1 %) 384,52 ton (+8,5 %), Bolqarıstandan 241,36 min ABŞ dolları dəyərində (-39,4 %) 73,94 ton (-41,3 %), İrandan 225,29 min ABŞ dolları dəyərində (-0,4 %) 131,22 ton (+8,3 %), Polşadan 111,9 min ABŞ dolları dəyərində (-21,8 %) 14,12 ton (-17,6 %) vafli gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən tədarük həyata keçirilib. Bu ölkədən 0,45 min ABŞ dolları dəyərində 0,05 ton məhsul idxal edilib.

44 - Tezliklə