Azərbaycan daha bir ölkədən traktor almağa başlayıb
- 12 avqust, 2025
- 10:23
Bu ilin yanvar-may aylarında Azərbaycan 47,8 milyon ABŞ dolları dəyərində 1 739 ədəd traktor idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,6 %, kəmiyyət olaraq – 3,3 % çoxdur.
Azərbaycan Almaniyadan 11,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % az) 425 ədəd (-15 %), Çindən 10,2 milyon ABŞ dolları dəyərində (+62 %) 410 ədəd (+74 %), Niderlanddan 7,7 milyon ABŞ dolları dəyərində (+14 %) 305 ədəd (+4 %), Belarusdan 7,1 milyon ABŞ dolları dəyərində (-24 %) 301 ədəd (-25 %), Türkiyədən 3,9 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 93 ədəd (+3 dəfə) traktor alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərindən tədarük (203,1 min ABŞ dolları dəyərində 2 ədəd) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 4 min 11 ədəd traktorun 32 %-i Almaniyanın, 25 %-i Çinin payına düşüb.