Azərbaycan daha bir ölkədən tərəvəz toxumu almağa başlayıb

Biznes
  • 10 may, 2022
  • 11:10
Azərbaycan daha bir ölkədən tərəvəz toxumu almağa başlayıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycana xaricdən 1,64 milyon ABŞ dolları dəyərində 19,23 ton tərəvəz toxumu gətirlib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,3 %, kəmiyyət olaraq – 10,8 % azdır.

Hesabat dövründə Türkiyədən 446,15 min ABŞ dolları dəyərində 11,76 ton, Fransadan 277,11 min ABŞ dolları dəyərində 2,25 ton, Hindistan 214,01 min ABŞ dolları dəyərində 0,05 ton, Tailanddan 199,49 min ABŞ dolları dəyərində 0,06 ton, Çilidən 192,98 min ABŞ dolları dəyərində 1,04 ton məhsul alıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 19 % və 83,5 % artıb, Fransadan – 62 dəfə və 15 dəfə artıb, Hindistandan – 71,2 % və 25 % artıb, Tailanddan – 42,7 % azalıb və 0 % səviyyəsində olub, Çilidən – 2,4 dəfə və 35 dəfə artıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib. Bu ölkədən 0,28 min ABŞ dolları dəyərində 0,01 ton tərəvəz toxumu alınıb.