Azərbaycan daha bir ölkədən şüşə tara idxal etməyə başlayıb

Biznes
  • 10 oktyabr, 2024
  • 10:29
Azərbaycan daha bir ölkədən şüşə tara idxal etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 22,2 milyon ABŞ dolları dəyərində 140 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 18,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 13,1 % çoxdur) 118,93 milyon ədəd (+22 %), Gürcüstandan 1,2 milyon ABŞ dolları dəyərində (+84 %) 6,65 milyon ədəd (+87 %), Türkiyədən 963 min ABŞ dolları dəyərində (-50 %) 4,1 milyon ədəd (-35 %), Ukraynadan 445 min ABŞ dolları dəyərində (+2,8 %) 917 min ədəd (+97 %), Çindən 441 min ABŞ dolları dəyərində (+35 %) 5,85 milyon ədəd (+36 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Xorvatiyadan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 27 ölkədən idxal edilmiş 32 milyon ABŞ dollarlıq şüşə taranın 81 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti