Azərbaycan daha bir ölkədən şərab idxalını bərpa edib
- 13 may, 2022
- 05:51
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan 412,98 min ABŞ dolları dəyərində 3,15 min dekalitr üzüm şərabı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,2 % çoxdur, kəmiyyət olaraq – 13,7 % azdır.
Hesabat dövründə İtaliyadan 343,97 min ABŞ dolları dəyərində 2,08 min dekalitr, Çilidən 25,98 min ABŞ dolları dəyərində 0,56 min dekalitr, Almaniyadan 12,98 min ABŞ dolları dəyərində 0,06 min dekalitr, Fransadan 10,46 min ABŞ dolları dəyərində 0,13 min dekalitr, Gürcüstandan 5,08 min ABŞ dolları dəyərində 0,08 min dekalitr məhsul alınıb.
2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə İtaliyadan tədarük müvafiq olaraq 16,4 % və 17,9 % artıb, Almaniyadan – 37 dəfə və 6 dəfə artıb, Fransadan – 15,8 % azalıb və 44,4 % artıb, Gürcüstandan – 91 % və 95,2 % azalıb.
Bir il əvvəl Çilidən idxal olmayıb. Bir il 5 aylıq fasilənin ardından Ukraynadan tədarük bərpa edilib. Bu ölkədən 1,86 min ABŞ dolları dəyərindən 0,06 min dekalitr məhsul alınıb.