Azərbaycan daha bir ölkədən sement almağa başlayıb
- 25 aprel, 2022
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 433,56 min ABŞ dolları dəyərində 3 min 166 ton sement alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 18 % azalıb.
Rusiyadan 263,34 min ABŞ dolları dəyərində 1 min 997 ton, İrandan 104,39 min ABŞ dolları dəyərində 831,69 ton, Türkiyədən 64,96 min ABŞ dolları dəyərində 336,45 ton, Kanadadan 0,62 min ABŞ dolları dəyərində 0,18 ton, Niderlanddan 0,35 min ABŞ dolları dəyərində 0,02 ton məhsul gətirilib.
Ötən ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 52,8 % və 29,3 % azalıb, İrandan – 15,6 % və 28,4 % artıb, Türkiyədən – 1,9 % artıb və 6,1 % azalıb.
Dörd il 1 aylıq aradan sonra Niderlanddan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan sement idxal edilib.
Hesabat dövründə Azərbaycan sementi ancaq Gürcüstana satıb. Həmin ölkəyə 2,9 milyon ABŞ dolları dəyərində 74 min 627 ton məhsul ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 31,8 % və 13,7 % çoxdur.