Azərbaycan daha bir ölkədən sarıkök tədarükünə başlayıb

Biznes
  • 18 may, 2022
  • 05:44
Azərbaycan daha bir ölkədən sarıkök tədarükünə başlayıb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan 153,91 min ABŞ dolları dəyərində 117,88 ton sarıkök idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,2 %, kəmiyyət olaraq – 22,9 % azdır.

Hesabat dövründə İrandan 75,55 min ABŞ dolları dəyərində 62,89 ton, Hindistandan 71,69 min ABŞ dolları dəyərində 54,25 ton, Türkiyədən 6,57 min ABŞ dolları dəyərində 0,74 ton İtaliyadan 0,09 min ABŞ dolları dəyərində 0,01 ton, Lüksemburqdan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

2021-ci ilin analoji dövrü ilə müqayisədə İrandan idxal müvafiq olaraq 4,1 % və 3,7 % artıb, Hindistandan – 33,3 % və 39,8 % azalıb, Türkiyədən – 55 % və 64,8 % azalıb.

Bir il əvvəl İtaliyadan tədarük olmayıb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Lüksemburqdan sarıkök idxal edilib.