Azərbaycan daha bir ölkədən saqqız tədarük etməyə başlayıb

Biznes
  • 03 sentyabr, 2022
  • 06:48
Azərbaycan daha bir ölkədən saqqız tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycana 882 min ABŞ dolları dəyərində 218,1 ton saqqız (şəkərli və şəkərsiz) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 % çoxdur, kəmiyyət olaraq – 0,5 % azdır.

Hesabat dövründə Türkiyədən 469 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 28 % azalıb) 149,5 ton (-15 %), Rusiyadan 281 min ABŞ dolları dəyərində (+94 %) 33,2 ton (+68 %), Pakistandan 63 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 22,6 ton (+2,6 dəfə), Tunisdən 23 min ABŞ dolları dəyərində 2 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 21 min ABŞ dolları dəyərində (+4,9 dəfə) 2,1 ton (+42,3 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük həyata keçirilib. Həmin ölkədən 0,6 min ABŞ dolları dəyərində 0,03 ton saqqız alınıb.

44 filmi