Azərbaycan daha bir ölkədən qaz sayğacları almağa başlayıb

Biznes
  • 07 fevral, 2022
  • 07:00
Azərbaycan daha bir ölkədən qaz sayğacları almağa başlayıb

Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 22 milyon 704,66 min ABŞ dolları dəyərində 621 min 153 ədəd qaz sayğacları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 53,9 %, kəmiyyət olaraq – 7,65 % artıb.

Hesabat dövründə Çindən 21 milyon 815,88 min ABŞ dolları dəyərində 604 min 207 ədəd, Türkiyədən 473,96 min ABŞ dolları dəyərində 16 min 377 ədəd, Almaniyadan 107,87 min ABŞ dolları dəyərində 246 ədəd, Slovakiyadan 89,15 min ABŞ dolları dəyərində 116 ədəd, Polşadan 72,34 min ABŞ dolları dəyəridə 97 ədəd sayğac alınıb.

2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 2 dəfə və 35,67 % artıb, Türkiyədən – 73,1 % və 76,3 % azalıb, Almaniyadan – 78,84 % və 96,1 % azalıb, Slovakiyadan – 94,26 % və 99,78 % azalıb.

Ötən ilə kimi son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycan Polşadan qaz sayğacları idxal etməyib.

2021-ci ildə Azərbaycan qaz sayğaclarını yalnız Türkiyəyə ixrac edib. Bu ölkəyə 60,36 min ABŞ dolları dəyərində 1 min 623 ədəd cihaz tədarük olunub ki, bu da əvvəlki illə müqayisədə dəyər ifadəsində 9,6 dəfə, kəmiyyət olaraq – 325 dəfə çoxdur.

44 filmi