Azərbaycan daha bir ölkədən qara kürü tədarük etməyə başlayıb

Biznes
  • 17 iyun, 2024
  • 13:55
Azərbaycan daha bir ölkədən qara kürü tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 550 min ABŞ dolları dəyərində 1,83 ton qara kürü (nərə balıqlarının kürüsü) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 4 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 549,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 1,83 ton (-4 %), Belarusdan 0,14 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) və Lüksemburqdan 0,02 min ABŞ dolları dəyərində 0,01 ton qara kürü alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Lüksemburqdan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti