Azərbaycan daha bir ölkədən polad prokatı idxal etməyə başlayıb
- 17 yanvar, 2024
- 07:40
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 247,5 milyon ABŞ dolları dəyərində 301 min 480 ton polad prokatı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 126,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 192 min 996 ton (+61 %), Çindən 83,6 milyon ABŞ dolları dəyərində (+16 %) 73 min 465 ton (+27 %), Türkiyədən 15,6 milyon ABŞ dolları dəyərində (-17 %) 12 min 966 ton (-7 %), Qazaxıstandan 10 milyon ABŞ dolları dəyərində (-48 %) 10 min 247 ton (-41 %), İrandan 7,64 milyon ABŞ dolları dəyərində (+4,6 dəfə) 9 min ton (+5,6 dəfə) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikadan (2,7 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 307 min 384 ton polad prokatının 58 %-i Rusiyanın payına düşüb.