Azərbaycan daha bir ölkədən peçenye tədarük etməyə başlayıb

Biznes
  • 31 iyul, 2024
  • 12:15
Azərbaycan daha bir ölkədən peçenye tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 19,2 milyon ABŞ dolları dəyərində 8 min 421 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 8,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 2 min 454 ton (+21 %), Rusiyadan 3,3 milyon ABŞ dolları dəyərində (+22 %) 1 min 590 ton (+34 %), İrandan 2,5 milyon ABŞ dolları dəyərində (+7 %) 3 min ton (+5 %), Ukraynadan 1,6 milyon ABŞ dolları dəyərində (+51 %) 584 ton (+51 %), Qazaxıstandan 1 milyon ABŞ dolları dəyərində (-4 %) 264,41 ton (-6 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan (18,2 min ABŞ dolları dəyərində 7,5 ton) tədarük həyata keçirilib.