Azərbaycan daha bir ölkədən peçenye tədarük etməyə başlayıb

Biznes
  • 07 dekabr, 2023
  • 11:44
Azərbaycan daha bir ölkədən peçenye tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 28,1 milyon ABŞ dolları dəyərində 13 min 180 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 11,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 3 min 409 ton (+2,6 %), Rusiyadan 5,15 milyon ABŞ dolları dəyərində (-11 %) 2 min 496 ton (-1,1 %), İrandan 4,4 milyon ABŞ dolları dəyərində (+15 %) 5 min 411 ton (+15 %), Ukraynadan 1,9 milyon ABŞ dolları dəyərində (+33 %) 719 ton (+28 %), Qazaxıstandan 1,4 milyon ABŞ dolları dəyərində (+29 %) 377 ton (+7,4 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (6,5 min ABŞ dolları dəyərində 2 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 34,531 milyon ABŞ dolları dəyərində peçenyenin 39,5 %-i Türkiyənin, 23,1 %-i Rusiyanın, 16,5 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti