Azərbaycan daha bir ölkədən nişasta tədarük etməyə başlayıb
- 03 sentyabr, 2022
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 782 min ABŞ dolları dəyərində 1 min 405 ton nişasta idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,1 % çoxdur, kəmiyyət olaraq – 18,5 % azdır.
Rusiyadan 412 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 28,6 % azalıb) 825 ton (-43,3 %), Türkiyədən 189 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 188,3 ton (+94 %), İrandan 96 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 245,3 ton (+70 %), Qazaxıstandan 77 min ABŞ dolları dəyərində 140 ton, Ukraynadan 7 min ABŞ dolları dəyərində (+42 %) 5,9 ton (+50 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Hesabat dövründə ölkədən xaricə 234 min ABŞ dolları dəyərində 455 ton nişasta göndərilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 60,3 % və 20 % çoxdur.
Gürcüstana 132 min ABŞ dolları dəyərində (-65 %) 260 ton (-31,6 %) və Türkmənistana 102 min ABŞ dolları dəyərində 195 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.