Azərbaycan daha bir ölkədən makaron məmulatları almağa başlayıb
- 11 aprel, 2022
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 1 min 017 ton makaron məmulatları (kuskusdan başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 5,9 % artıb, kəmiyyət olaraq – 13 % azalıb.
Hesabat dövründə Türkiyədən 484,74 min ABŞ dolları dəyərində 616,14 ton, Rusiyadan 473,27 min ABŞ dolları dəyərində 330,31 ton, Ukraynadan 70,88 min ABŞ dolları dəyərində 32,31 ton, İrandan 12,9 min ABŞ dolları dəyərində 28,66 ton, Çindən 6,78 min ABŞ dolları dəyərində 1,76 ton məhsul alınıb.
Ötənilki yanvarla müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 3,1 % və 19,4 % azalıb, Rusiyadan – 32,5 % və 26,4 % artıb, Ukraynadan – 86,5 % və 2,3 dəfə artıb, İrandan – 65,8 % və 65,5 % azalıb, Çindən – 42,4 % və 2,2 dəfə artıb. Beşillik fasilənin ardından Mərakeşdən makaron məmulatlarının idxalı bərpa edilib. Bu ölkədən 1,33 min ABŞ dolları dəyərində 0,4 ton məhsul alınıb.