Azərbaycan daha bir ölkədən lak və boya almağa başlayıb
- 01 noyabr, 2024
- 10:31
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 25,3 milyon ABŞ dolları dəyərində 7 min 477 ton lak və boya idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,2 %, kəmiyyət olaraq – 2,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 14,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,2 % çox) 4 min 874 ton (+5,3 %), Rusiyadan 1,71 milyon ABŞ dolları dəyərində (+5,3 %) 443 ton (+16 %), Çindən 1,48 milyon ABŞ dolları dəyərində (+11,3 %) 529 ton (+19 %), İtaliyadan 1,46 milyon ABŞ dolları dəyərində (+15 %) 308 ton (+19 %), Almaniyadan 979 min ABŞ dolları dəyərində (-20 %) 193,4 ton (-14 %) məmulat alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,3 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.