Azərbaycan daha bir ölkədən kombayn idxal etməyə başlayıb

Biznes
  • 12 mart, 2024
  • 06:28
Azərbaycan daha bir ölkədən kombayn idxal etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 27 ədəd taxılyığan kombayn idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 74 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 dəfə çoxdur) 23 ədəd (+23 dəfə), Polşadan 405,3 min ABŞ dolları dəyərində (-93 %) 2 ədəd (-96 %), Xorvatiyadan 193,35 min ABŞ dolları dəyərində 1 ədəd və Finlandiyadan 175 min ABŞ dolları dəyərində (-94 %) 1 ədəd (-98 %) kombayn alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Xorvatiyadan tədarük həyata keçirilib.

44 filmi