Azərbaycan daha bir ölkədən kolbasa tədarükünə başlayıb
- 19 avqust, 2022
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 6 ayında Azərbaycana 7,1 milyon ABŞ dolları dəyərində 2 min 320 ton kolbasa idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 3,7 %, kəmiyyət olaraq – 12 % azdır.
Hesabat dövründə Rusiyadan 4,77 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3 % azalıb) 1 min 739 ton (-12,4 %), Belarusdan 789,43 min ABŞ dolları dəyərində (+19,2 %) 213,94 ton (+8,7 %), Almaniyadan 648,36 min ABŞ dolları dəyərində (-12 %) 198,28 ton (-11 %), Türkiyədən 438,99 min ABŞ dolları dəyərində (+9,2 %) 80,64 ton (+14,1 %), Litvadan 108,46 min ABŞ dolları dəyərində (-29 %) 22,69 ton (-20,7 %) kolbasa gətirilib.
Bir il 5 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən tədarük bərpa edilib. Bu ölkədən 4,59 min ABŞ dolları dəyərində 0,41 ton kolbasa alınıb.