Azərbaycan daha bir ölkədən kokos yağı almağa başlayıb

Biznes
  • 26 may, 2022
  • 11:57
Azərbaycan daha bir ölkədən kokos yağı almağa başlayıb

2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycan 674,51 min ABŞ dolları dəyərində 247,32 ton kokos yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 84,3 % çoxdur.

Hesabat dövründə Malayziyadan 532,65 min ABŞ dolları dəyərində 196,84 ton, Rusiyadan 138,55 min ABŞ dolları dəyərində 50,17 ton, Şri-Lankadan 2,02 min ABŞ dolları dəyərində 0,19 ton, Türkiyədən 0,25 min ABŞ dolları dəyərində 0,01 ton, İtaliyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Malayziyadan idxal müvafiq olaraq 2,9 dəfə və 2,3 dəfə artıb, Rusiyadan – 36,6 % və 4,3 % artıb, Şri-Lankadan – 77,2 % artıb və 5 % azalıb, Türkiyədən – 43,2 % və 75 % azalıb. Bir il əvvəl İtaliyadan kokos yağı gətirilməyib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fransadan tədarük olub. Azərbaycan bu ölkədən 0,66 min ABŞ dolları dəyərində 0,04 ton kokos yağı alıb.

44 filmi