Azərbaycan daha bir ölkədən kərə yağı almağa başlayıb

Biznes
  • 20 may, 2022
  • 13:22
Azərbaycan daha bir ölkədən kərə yağı almağa başlayıb

Bu ilin birinci rübündə Azərbaycana xaricdən 24,747 milyon ABŞ dolları dəyərində 4 min 635 ton kərə yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,5 %, kəmiyyət olaraq – 18,6 % çoxdur.

Yeni Zelandiyadan 10,366 milyon ABŞ dolları dəyərində 1 min 745 ton, İrandan 6,732 milyon ABŞ dolları dəyərində 1 min 592 ton, Ukraynadan 2,247 milyon ABŞ dolları dəyərində 374,49 ton, Finlandiyadan 1,512 milyon ABŞ dolları dəyərində 275,95 ton, Türkiyədən 965,12 min ABŞ dolları dəyərində 189,81 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Yeni Zelandiyadan tədarük müvafiq olaraq 9,9 % artıb və 15,6 % azalıb, İrandan – 46 dəfə və 43 dəfə artıb, Ukraynadan – 44,4 % və 53,3 % azalıb, Finlandiyadan – 46,4 % və 54,5 % artıb, Türkiyədən – 18,5 dəfə və 25,6 dəfə artıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstandan tədarük olub. Bu ölkədən 25 min ABŞ dolları dəyərində 5 ton məhsul alınıb.

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan 392,61 min ABŞ dolları dəyərində 79 ton kərə yağı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 374 dəfə və 416 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. Bir il əvvəl həmin ölkəyə tədarük həyata keçirilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti