Azərbaycan daha bir ölkədən hibrid avtomobillər tədarük etməyə başlayıb

Biznes
  • 12 yanvar, 2022
  • 08:01
Azərbaycan daha bir ölkədən hibrid avtomobillər tədarük etməyə başlayıb

Ötən ilin ilk 10 ayında Azərbaycana xaricdən 61,06 milyon ABŞ dolları dəyərində 10 min 033 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji göstəricilərindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Yaponiyadan 49,53 milyon ABŞ dolları dəyərində 9 min 509 ədəd, ABŞ-dan 6,1 milyon ABŞ dolları dəyərində 326 ədəd, Almaniyadan 2,61 milyon ABŞ dolları dəyərində 42 ədəd, Britaniyadan 791,5 min ABŞ dolları dəyərində 10 ədəd, Meksikadan 551,7 min ABŞ dolları dəyərində 64 ədəd avtomobil idxal edilib.

2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə Yaponiyadan tədarük dəyər ifadəsində 3 dəfə, ABŞ-dan – 5,2 dəfə, Almaniyadan – 21,74 %, Britaniyadan – 87,36 %, Meksikadan – 49,96 % artıb.

Azərbaycan bütövlükdə 14 ölkədən hibrid avtomobillər alıb. Ötən il İlk dəfə olaraq Çexiyadan tədarükə başlanılıb. Həmin Avropa ölkəsindən 150,4 min ABŞ dolları dəyərində 6 ədəd nəqliyyat vasitəsi gətirilib.

44 filmi