Azərbaycan daha bir ölkədən günəbaxan toxumu almağa başlayıb

Biznes
  • 02 sentyabr, 2022
  • 11:23
Azərbaycan daha bir ölkədən günəbaxan toxumu almağa başlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 2,6 milyon ABŞ dolları dəyərində 1 min 532 ton günəbaxan toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,7 %, kəmiyyət olaraq – 63,8 % azdır.

Hesabat dövründə Çindən 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 7 % artıb) 810,7 ton (+4,1 %), Türkiyədən 987 min ABŞ dolları dəyərində (+7,6 %) 574,1 ton (+22 %), Ukraynadan 56 min ABŞ dolları dəyərində (-25,3 %) 66 ton (-5,7 %), Rusiyadan 46 min ABŞ dolları dəyərində (-97,4 %) 41,1 ton (-98,5 %), Yunanıstandan 0,6 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan tədarük həyata keçirilib.