Azərbaycan daha bir ölkədən günəbaxan toxumu almağa başlayıb
- 07 aprel, 2023
- 06:38
Bu ilin yanvar ayında Azərbaycana xaricdən 584,3 min ABŞ dolları dəyərində 478 ton günəbaxan toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Türkiyədən 361 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 200,3 ton (+25 %), Rusiyadan 169 min ABŞ dolları dəyərində 241,1 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 24,7 min ABŞ dolları dəyərində (-90 %) 17 ton (-87 %), Misirdən 21,8 min ABŞ dolları dəyərində 15 ton, İrandan 8,4 min ABŞ dolları dəyərində 4,4 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük həyata keçirilib.