Azərbaycan daha bir ölkədən farfor qablar tədarük etməyə başlayıb
- 18 oktyabr, 2024
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 4,26 milyon ABŞ dolları dəyərində 713 ton farfordan yemək və mətbəx qabları gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14,6 %, kəmiyyət olaraq – 8,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 472 ton (+16 %), Türkiyədən 692 min ABŞ dolları dəyərində (-40 %) 139,44 ton (-29 %), İtaliyadan 326 min ABŞ dolları dəyərində (+58 %) 7,63 ton (+58,3 %), Almaniyadan 241 min ABŞ dolları dəyərində (-45 %) 5,82 ton (-29 %), Fransadan 197 min ABŞ dolları dəyərində (+48 %) 2,23 ton (+13 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksikadan (0,42 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.