Azərbaycan daha bir ölkədən ətir almağa başlayıb
- 11 may, 2022
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4,68 milyon ABŞ dolları dəyərində 256,44 ton ətir və tualet suyu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54,6 %, kəmiyyət olaraq – 1,6 % çoxdur.
Hesabat dövründə Fransadan 2,48 milyon ABŞ dolları dəyərində 28,31 ton, İtaliyadan 468,87 min ABŞ dolları dəyərində 8,89 ton, Çindən 372,68 min ABŞ dolları dəyərində 131,82 ton, Rusiyadan 239,08 min ABŞ dolları dəyərində 14,07 ton, Birləşmiş Ərəb Əmirliklərindən 276,84 min ABŞ dolları dəyərində 25,32 ton məhsul gətirilib.
Ötən ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Fransadan tədarük müvafiq olaraq 2,8 dəfə və 3,6 dəfə artıb, İtaliyadan – 3,4 dəfə və 5,7 dəfə artıb, Çindən – 40 % və 45,6 % artıb, Rusiyadan – 46,8 % və 77,8 % azalıb, Birləşmiş Ərəb Əmirliklərindən – 2,3 dəfə və 2,8 dəfə artıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Livandan ətir alıb. Həmin ölkədən 0,72 min ABŞ dolları dəyərində 0,02 ton məhsul tədarük edilib.