Azərbaycan daha bir ölkədən eskalator almağa başlayıb

Biznes
  • 10 fevral, 2022
  • 10:56
Azərbaycan daha bir ölkədən eskalator almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1 milyon 843,14 min ABŞ dolları dəyərində 64 ədəd eskalator və hərəkət edən piyada səkisi gətirlib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,9 dəfə artıb.

Hesabat dövründə Çindən 1 milyon 785,28 min ABŞ dolları dəyərində 62 ədəd, Fransadan 56,06 min ABŞ dolları dəyərində 1 ədəd, İsveçrədən 1,8 min ABŞ dolları dəyərində 1 ədəd məhsul alınıb.

2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Çindən idxal müvafiq olaraq 2,6 dəfə və 2,9 dəfə artıb.

Bir il 4 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib. Ötən ilə kimi son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycan İsveçrədən qeyd edilən avadanlıqları idxal etməyib.

44 - Tezliklə