Azərbaycan daha bir ölkədən elektromobil idxal etməyə başlayıb

Biznes
  • 25 may, 2023
  • 12:15
Azərbaycan daha bir ölkədən elektromobil idxal etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 17 milyon ABŞ dolları dəyərində 408 ədəd elektromobil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,6 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana Çindən 11,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 316 ədəd (+23 dəfə), Almaniyadan 4 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 45 ədəd (+7,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 970 min ABŞ dolları dəyərində (+3 dəfə) 26 ədəd (+2,4 dəfə), Belçikadan 259 min ABŞ dolları dəyərində (-33,2 %) 4 ədəd (-33,3 %), Koreyadan 126 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) avtomobil gətirilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Honkoqdan (99 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilən 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti