Azərbaycan daha bir ölkədən elektromobil idxal etməyə başlayıb

Biznes
  • 11 yanvar, 2022
  • 10:51
Azərbaycan daha bir ölkədən elektromobil idxal etməyə başlayıb

Azərbaycana 2021-ci ilin yanvar-oktyabr aylarında xaricdən 2,511 milyon ABŞ dolları dəyərində 106 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 68,7 %, kəmiyyət olaraq – 25,35 % azalıb.

Hesabat dövründə Almaniyadan 1,183 milyon ABŞ dolları dəyərində 15 ədəd, ABŞ-dan 615,38 min ABŞ dolları dəyərində 20 ədəd, Çindən 285,95 min ABŞ dolları dəyərində 18 ədəd, İsraildən 228,79 min ABŞ dolları dəyərində 27 ədəd, qalan 6 ölkədən 197,01 min ABŞ dolları dəyərində 26 ədəd avtomobil gətirilib.

Əvvəlki ilin analoji dövrü ilə müqayisədə Almaniyadan idxal dəyər ifadəsində 93,8 %, ABŞ-dan – 29,45 %, Çindən – 3,6 dəfə artıb. Ötən il ilk dəfə olaraq İsraildən bu tip avtomobillərin tədarükünə başlanılıb.

44 - Tezliklə