Azərbaycan daha bir ölkədən ələk və xəlbir tədarük etməyə başlayıb

Biznes
  • 23 mart, 2024
  • 10:57
Azərbaycan daha bir ölkədən ələk və xəlbir tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycana 91 min ABŞ dolları dəyərində 282 min 677 ədəd əl ələyi və xəlbir idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 98 % çoxdur, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 57,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 15 min 224 ədəd (-19 %), Türkiyədən 15,1 min ABŞ dolları dəyərində (-17 %) 394 ədəd (-71 %), Böyük Britaniyadan 5,25 min ABŞ dolları dəyərində (-6 %) 69 ədəd (-17 %), Almaniyadan 4,61 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 19 ədəd (+9,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 3,37 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 13 ədəd (+2 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tayvandan (0,1 min ABŞ dolları dəyərində 10 ədəd) tədarük həyata keçirilib.

44 filmi