Azərbaycan daha bir ölkədən bijuteriya tədarük etməyə başlayıb

Biznes
  • 13 dekabr, 2024
  • 07:43
Azərbaycan daha bir ölkədən bijuteriya tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 100 min 271 kiloqram bijuteriya idxal edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 12,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 87 min 566 kiloqram (+19 %), İtaliyadan 324 min ABŞ dolları dəyərində (+89 %) 279 kiloqram (+32 %), Türkiyədən 256 min ABŞ dolları dəyərində (+21 %) 10 min 851 kiloqram (-17 %), Tailanddan 98,7 min ABŞ dolları dəyərində (-33 %) 145 kiloqram (+5,6 dəfə), Vyetnamdan 48 min ABŞ dolları dəyərində (+23 %) 100 kiloqram (+9 dəfə) bijuteriya alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Xorvatiyadan (0,8 min ABŞ dolları dəyərində 11 kiloqram) tədarük həyata keçirilib.

44 filmi