Azərbaycan daha bir ölkədən balıq tilovu tədarük etməyə başlayıb
- 11 noyabr, 2023
- 07:03
2023-cü ilin ilk 8 ayında Azərbaycana 99,1 min ABŞ dolları dəyərində 69,23 min ədəd balıq ovu üçün tilov idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq 15,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 97,77 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 42 min 132 ədəd (+61 %), Rusiyadan 0,69 min ABŞ dolları dəyərində (-79 %) 27 min ədəd (-20 %), Türkiyədən 0,56 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 55 ədəd (+15 %), Bolqarıstandan 0,02 min ABŞ dolları dəyərində 1 ədəd və Yaponiyadan 0,02 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) tilov alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan tədarük həyata keçirilib.