Azərbaycan daha bir ölkədən antifriz tədarük etməyə başlayıb

Biznes
  • 22 iyun, 2022
  • 05:41
Azərbaycan daha bir ölkədən antifriz tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,543 milyon ABŞ dolları dəyərində 1 min 102 ton antifriz gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,3 %, kəmiyyət olaraq – 29,4 % azdır.

Hesabat dövründə Almaniyadan 338,87 min ABŞ dolları dəyərində 126,47 ton, Ukraynadan 271,34 min ABŞ dolları dəyərində 322,99 ton, Belçikadan 259,66 min ABŞ dolları dəyərində 95,29 ton, Rusiyadan 283,17 min ABŞ dolları dəyərində 320,59 ton, Türkiyədən 218,75 min ABŞ dolları dəyərində 135,94 ton məhsul alıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Almaniyadan idxal müvafiq olaraq 18,8 % və 8,6 % artıb, Ukraynadan – 41,9 % və 4,5 % artıb, Belçikadan – 2,3 dəfə və 63,8 % artıb, Rusiyadan – 2,3 dəfə və 2,7 dəfə azalıb, Türkiyədən – 48,3 % və 39,2 % artıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyadan tədarük həyata keçirilib. Həmin ölkədən 0,03 min ABŞ dolları dəyərində 0,02 ton antifriz idxal edilib.