Azərbaycan daha bir Afrika ölkəsinə polietilen satmağa başlayıb

Biznes
  • 18 may, 2022
  • 12:46
Azərbaycan daha bir Afrika ölkəsinə polietilen satmağa başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 47,24 milyon ABŞ dolları dəyərində 34 min 203 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.

Azərbaycandan Türkiyəyə 19,734 milyon ABŞ dolları dəyərində 14 min 813 ton, Rusiyaya 12,311 milyon ABŞ dolları dəyərində 7 min 802 ton, Çinə 9,647 milyon ABŞ dolları dəyərində 7 min 740 ton, Litvaya 2,083 milyon ABŞ dolları dəyərində 1 min 365 ton, Qazaxıstana 784,1 min ABŞ dolları dəyərində 553,5 ton məhsul göndərilib.

2021-ci ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 72,1 % və 51 % artıb, Rusiyaya - 85 % və 17,1 % artıb, Çinə - 14,6 % və 36 % azalıb, Litvaya – 37,1 % artıb və 4,7 % azalıb. Bir il əvvəl Qazaxıstana polietilen satılmayıb.

Bu il ilk dəfə olaraq Nigeriya Azərbaycandan polietilen tədarük edib. Bu ölkəyə 384,97 min ABŞ dolları dəyərində 315 ton məhsul satılıb. Ötən il Azərbaycandan digər Afrika ölkəsi olan Misirə 1,489 milyon ABŞ dolları dəyərində 1 min 080 ton polietilen göndərilib.

Hesabat dövründə ölkəmizə 13,293 milyon ABŞ dolları dəyərində 9 min 171 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 77,9 % çoxdur.

İrandan 9,263 milyon ABŞ dolları dəyərində 6 min 831 ton, Səudiyyə Ərəbistanından 1,323 milyon ABŞ dolları dəyərində 1 min 113 ton, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 621,02 min ABŞ dolları dəyərində 289,62 ton, Koreyadan 474,4 min ABŞ dolları dəyərində 166,98 ton, İsveçdən 291,1 min ABŞ dolları dəyərində 108 ton məhsul alıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə İrandan tədarük müvafiq olaraq 2,5 dəfə və 91 % artıb, Səudiyyə Ərəbistanından – 52 % və 32 % artıb, ABŞ-dan – 5,2 dəfə və 3,7 dəfə artıb, Koreyadan – 35 % artıb və 5,6 % azalıb, İsveçdən – 3,4 dəfə və 2,7 dəfə artıb.