Azərbaycan daha 4 ölkədən un tədarük etməyə başlayıb
- 15 yanvar, 2024
- 06:20
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 19,8 milyon ABŞ dolları dəyərində 68 min 239 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 19,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 68 min ton (+2,9 dəfə), Türkiyədən 192 min ABŞ dolları dəyərində (+57 %) 179 ton (+2,6 dəfə), İtaliyadan 34,6 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 15,3 ton (+3,4 dəfə), Lüksemburqdan 21,2 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 6,1 ton (+2 dəfə), Fransadan 15 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 9,7 ton (+2,3 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiya (0,1 min ABŞ dolları dəyərində 0,01 ton), Meksika (0,1 min ABŞ dolları dəyərində 0,04 ton), Paraqvay (0,1 min ABŞ dolları dəyərində 0,03 ton) və Şri-Lankadan (0,2 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 29,7 min ton unun 98 %-i Rusiyanın payına düşüb.