Azərbaycan daha 3 ölkədən vafli tədarük etməyə başlayıb
- 30 yanvar, 2023
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricdən 12,291 milyon ABŞ dolları dəyərində 4 min 164 ton vafli və vafli həbləri alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 % çoxdur, kəmiyyət olaraq – 1,3 % azdır.
Rusiyadan 5,313 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,2 % çoxdur) 2 min 219 ton (-11,4 %), Türkiyədən 3,852 milyon ABŞ dolları dəyərində (+52 %) 963,27 ton (+26,4 %), Bolqarıstandan 1 milyon ABŞ dolları dəyərində (+12,2 %) 296,85 ton (+4 %), Ukraynadan 497,1 min ABŞ dolları dəyərində (-10 %) 182,42 ton (-33 %), İrandan 489,52 min ABŞ dolları dəyərində (-7 %) 271,92 ton (-12,5 %) məhsul gətirilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən, Slovakiyadan və Yunanıstandan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,45 min ABŞ dolları dəyərində 0,05 ton, 5,6 min ABŞ dolları dəyərində 0,32 ton və 0,46 min ABŞ dolları dəyərində 0,1 ton vafli idxal edilib.
Hesabat dövründə Azərbaycandan 2,67 milyon ABŞ dolları dəyərində (+62 %) 1 min 26 ton (+19 %) vafli göndərilib.
Gürcüstana 1,165 milyon ABŞ dolları dəyərində (+45 %) 634,28 ton (+7,6 %), Yəmənə 925 min ABŞ dolları dəyərində (+38,5 %) 357,24 ton (+0,6 %), İraqa 206,1 min ABŞ dolları dəyərində 79,18 ton (1 ildən sonra bərpa edilib), İrana 57 min ABŞ dolları dəyərində (-89%) 27,37 ton (-91 %), Monqolustana 56,17 min ABŞ dolları dəyərində (+75 dəfə) 27 ton (+30 dəfə) məhsul satılıb.