Azərbaycan daha 3 ölkədən çəkməli tütün almağa başlayıb
- 02 dekabr, 2022
- 05:48
2022-ci ilin ilk 9 ayında Azərbaycana xaricdən 57,46 milyon ABŞ dolları dəyərində 3 min 471 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 % çoxdur, kəmiyyət olaraq – 2,6 % azdır.
Hesabat dövründə Türkiyədən 20,465 milyon ABŞ dolları dəyərində 1 min 156 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 16,983 milyon ABŞ dolları dəyərində 756,34 ton, Ukraynadan 16,04 milyon ABŞ dolları dəyərində (-67 %) 1 min 073 ton (-68,7 %), Polşadan 2,279 milyon ABŞ dolları dəyərində 185,76 ton, İordaniyadan 1,561 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 294 ton (+20 dəfə) məhsul idxal edilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstan, Özbəkistan və Polşadan tədarük həyata keçirilib. Azərbaycan Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,52 ton çəkməli tütün alıb.