Azərbaycan daha 2 ölkədən meşə materialları tədarük etməyə başlayıb
- 29 noyabr, 2023
- 06:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 135,2 milyon ABŞ dolları dəyərində 646 min 580 kubmetr meşə materialları (uzununa doğranmış) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Belarusdan 73,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 359 min 236 kubmetr (+4 dəfə), Rusiyadan 61 milyon ABŞ dolları dəyərində (-37 %) 286 min kubmetr (-41 %), Ukraynadan 391 min ABŞ dolları dəyərində (-27 %) 935 kubmetr (-29 %), Malayziyadan 70 min ABŞ dolları dəyərində (+4 dəfə) 35 kubmetr (+4 dəfə), Türkiyədən 65 min ABŞ dolları dəyərində (-62 %) 107 kubmetr (-85 %) material alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan (5,5 min ABŞ dolları dəyərində 6,1 ton) və Mərkəzi Afrika Respublikasından (34,44 min ABŞ dolları dəyərində 30 kubmetr) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 827,7 min kubmetr meşə materiallarının 73 %-i Rusiyanın, 26,4 %-i Belarusun payına düşüb.